Rusiyada balıq tutmağa gedən iki kişi çayda boğulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Nijni Novqorod vilayətində, Oka çayında balıq tutmağa gedən 42 və 46 yaşlı iki kişi boğularaq ölüb.
Faciə noyabrın 2-də Navaşino şəhəri yaxınlığında baş verib. Məlumata görə, kişilər qayığa minərək balıq tutmağa yollanıblar, lakin üzərlərində xilasetmə jiletləri olmayıb.
Bir müddət sonra qayıq aşıb və hər iki balıqçı suya düşüb.
İlkin axtarışlar nəticə verməyib. Ertəsi gün dalğıclar axtarışları davam etdirərək kişilərin meyitlərini aşkar ediblər.
Xuraman Etibarlı
İnterpress.az






