“Hizbullah” Suriyadakı neft emalı zavoduna hücum planı ilə bağlı ittihamları rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hizbullah”ın yaydığı bəyanatda bildirilib.
Təşkilat Suriyanın Homs şəhərində yerləşən neft emalı zavodunda terror aktının planlaşdırılmasında onunla əlaqəli şəxslərin iştirakına dair iddiaları təkzib edib.
Bəyanatda qeyd olunub ki, “Hizbullah”ın Suriyada heç bir mövcudluğu yoxdur və təşkilatın bu hadisə ilə əlaqəsi yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






