Ermənistanda baş verən dəhşətli qəzada səkkiz nəfər ölüb, üç nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Faciəvi hadisə Aparan–Aştarak avtomobil yolunda, Ohanavan kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, üç minik avtomobili və qoşqulu yük maşınının toqquşması nəticəsində 8 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.
Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






