Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.
Bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzindən Interpress.az-a verilən məlumatda bildirilib.
İlkin məlumatlara əsasən qeyd edilib ki, zəlzələ yerli vaxtla 14:14:03- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində 3 baldan artıq hiss olunub.
Interpress.az