Azərbaycanlıları öldürən erməni “Rembo” həbs olundubackend

Azərbaycanlıları öldürən erməni “Rembo” həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Iragir.am” saytından xəbər verilir ki, Stepan Stepanyan qanunsuz silah-sursat saxlamaqda ittiham olunur.

Ermənistanın hüquq-mühafizə orqanlarının apardığı axtarış zamanı Stepan Stepanyanın dostunun evində ona məxsus olan avtomat silahı, 10 ədəd avtomat darağı, qumbara və digər hərbi ləvazimatlar aşkarlanıb. Məhkəmə buna görə də keçmiş döyüşçünü həbs edib.

Stepan Stepanyanın qızı Alyona Stepanyan isə məhkəmənin ədalətsiz qərar çıxardığını söyləyərək, həmin silahların birinci Qarabağ müharibəsindən qaldığını söyləyib.

Alyona Stepanyan atasının ötən əsrin 90-cı illərində Qarabağda azərbaycanlılara qarşı cinayət əməlləri törətməsini də etiraf edib:

“Atam xəstə və yaşlı adamdır. Bu silahlar indi onun nəyinə lazımdır? Atam bu silahları Qarabağ döyüşlərindən saxlayır. Vaxtilə həmin silahlarla azərbaycanlıları öldürüb. İndi Ermənistanın atama təşəkkürü budur? Atam kimi döyüşçülər olmasaydı, indi Qarabağ Ermənistanda olmazdı”. (publika.az)

İnterpress.az