Musavat.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən restoranda “qanuni oğrular”, deputatlar və digər məşhur şəxslər yığışıbmış. Bunların arasında “Lfik Samo” ləqəbli erməni deputat və sahibkar Samvel Aleksanyan, erməni oliqarx və keçmiş deputat, “Nemes Rubo” ləqəbli Ruben Ayrapetyan və Qarabağ döyüşlərini fəal iştirakçısı, Ermənistan siyasətində nüfuz sahibi Mger Sedrakyan kimi isimlər olub.
Erməni “Çorrord işxanutyun” qəzetinin yazdığına görə, oliqarxların mühafizəçiləri restoranın yaxınlığında şübhəli silahlı qrupu zərərsizləşdiriblər. Bu silahlı şəxslərin killer olduqları üzə çıxıb. Hadisəyə rəsmi mənbələridən heç bir reaksiya verilməyib.
Qeyd edək ki, adıkeçən şəxslər Ermənistanda daha çox inhisarçı kriminal dairələrlə əlaqələndirilir.
Məsələn, Samvel Aleksanyanın Ermənistanın dərman, içki, şəkər mafiyasının önəmli isimlərindən biri olduğu heç kimə sirr deyl. Erməni “Jamanak” qəzetinin yazdığına görə, 2012 və 2013-cu illərdə Ermənistanın Səhiyyə Nazirliyi “Natali farm” və “MLN farm\” firmasından hərəsi 4800 dram (10 ABŞ dolları) olan 224 min ampul insulin dərmanı alıb. Daha sonra isə bu dərmanların əslində digər şirkətlərdə 3 dəfə ucuz qiymətə olması xəbəri ortaya çıxıb. Adıçəkilən hər iki firma Samvel Aleksanyana məxsus olub.
Samvel Aleksanyan bu ilin aprelində qondarma “DQR” ordusuna 50 milyon erməni dramı köçürməsi ilə də yadda qalıb.
“Nemes Rubo” ləqəbli Ruben Ayrapetyanın da kriminal fəaliyyəti mətbuat tərəfindən geniş işıqlandırılır.
Maraqlıdır ki, Ermənistanın tütün mafiyasının inhisarçılarından sayılan Ruben Ayrapetyan həm də Ermənistan Futbol Federasiyasının prezidentidir.
Ruben Ayrapetyanın idman sahəsindəki fəaliyyəti daha çox qalmaqallı faktlarla işıqlandırılır. Vaxtilə \”Pünik\” və \”Banants\” komandaları arasında keçirilən görüşdən sonra (həmin oyunda Banants 3-2 hesab ilə qalib gəlib) Ruben Ayrapetyan futbolçuların soyunub-geyinmə otağına gələrək, hər kəsin göz önündə \”Pünik\”in bir neçə oyunçusunu döyüb.
R.Ayrapetyanla bağlı ən yaddaqalan hadisələrdən biri də 2012-ci ilin iyun ayında ona məxsus “Arsnakar” restoranında 5 hərbi həkimin restoranın mühafizəçiləri tərəfindən döyülməsi faktıdır. Həmin vaxt 3 həkim döyülmə nəticəsində xəstaxanaya yerləşdirilmişdi. Onlardan biri, 32 yaşlı Vaqe Avetyan isə aldığı yaralardan xəstəxanada keçinmişdi.
Bu hadisədən sonra Ermənistanda etiraz mitinqləri belə, keçirilb. Təzyiqlər qarçısında geri çəkilən R.Ayrapetyan deputatlıqdan istefa verməyə məcbur olmuşdu.
R.Ayrapetyanın macəraları bununla bitmir. 2012-ci il iyulun 7-də o, Ermənistan Helsinki Assossiasiyasının müşahidəçisi Arman Vəziryanı da etiraz nümayişləri zamanı hər kəsin gözü önündə çırpıb.
Adıçəkilən şəxslərin hamısı hakim Respublika Partiyasının üzvləridir. Ermənistanın müxalif mətbuatı deputat qiyafəsinə bürünmüş bu adamlara görə hakimiyyəti sərt şəkildə tənqid ediblər. Onların fikrincə, bu restorandakı sui-qəsd hadisəsinin işıqlandırlmaması və rəsmi reaksiyanın yoxluğu oğru dünyası ilə hakimiyyət arasında “müştərək sirrin qorunması\”ndan başqa bir şey deyil.
Erməni mətbuatının fikrincə, həm hakimiyyət, həm də kriminal strukturlar bir-birlərini həm ideoloji, həm də bütün gündəlik məsələlərdə tamamlayırlar.
Mətbuat Ermənistanda iki konstitusiyanın – dövlət və oğru konstitusiyalarının hökm sürüdüyünü yazır.
“Ermənistanda bütün qanunlar və Konstitusiya oğru qaydalarına xidmət etmək üçün fəaliyyət göstərir. Bu səbəbdən Ermənistan xaricdə dövlət kimi qəbul edilmir” – deyə erməni lragir.am saytı yazır.
Bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyanın Emərnistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovu korpus komandir təyin etməsi də Ermənistan mətbuatı tərəfindən süngü il qarşılanıb. Erməni KİV-ləri Qriqori Xaçaturovun 2010-cu ildə 4-cü ordu korpusunun komandiri olarkən yol verdiyi yeyinti və vəzifədən sui-istifadə hərəkətləri səbəbindən skandalla ordu sıralarından qovulduğunu xatırladıb.
Məsələn, erməni saytı Nmak.com Qriqori Xaçaturovun həmin dövrdə sərxoş vəziyyətdə 4 hərbi qulluqçunu əzişdirdiyini xatırladır. Onlardan Zorik adlı əsgərin vəziyyəti o dərəcədə ağır olub ki, korpus komandiri, general onu öz maşınında xəstəxanaya aparmalı olub.
Dağlıq Qarabağda erməni xalqının hüquqlarından bar-bar bağıran Ermənistanın bu sahədə necə miskin, acınacaqlı və bərbad vəziyyətdə olduğunu bildirmək üçün bu faktlar hələ ümumi mənzərənin yalnız bir hissəsini təşkil edir.
İnterpress.az