Şakro Molodoy ləqəbli Kalaşov Zaxar 3 ay və 3 gün azadlıqdan məhrum olunub.
Moskvanın Tver məhkəməsinin qərarı ilə qanuni oğruya hökm oxunub. Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Bu gün kriminal avtoritetin evində axtarışlar aparılıb.
Avtoritetin dəbdəbəli evi muzeydən fərqlənməyib. Axtarış zamanı polislər evdən iki “Makarov” tapançası, “F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.
63 yaşlı Zaxari Kalaşov məşhur kriminal avtoritet “Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb.
İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan “Şakro Molodoy” “Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib.
Onun keçirdiyi “sxodka”da azərbayanlı kriminal avtoritet “Rövşən Lənkəranski” “Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb. ( anspress.com )
İnterpress.az