“Əfv Komissiyasına hər il təxminən 1500 – 2000 müraciət daxil olur”backend

“Əfv Komissiyasına hər il təxminən 1500 – 2000 müraciət daxil olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhbus ailələri və yaxınları isə Moderator.az-a müraciət edərək növbəti əfvlə bağlı əlavə informasiya əldə edilməsini xahiş edirlər.

Təbii ki, hər dəfə üz tutduğumuz Əfv Məsələləri Komissiyasının üzvlərindən şablon cavab alırıq ki, bu məsələ prezidentin müstəsna səlahiyyətlərinə aiddir və onlar komissiya üzvü olsalar belə nə vaxt əfv sərəncamının veriləcəyindən xəbərsizdirlər.

Bunu nəzərə alaraq Moderator.az-ın əməkdaşı Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış hüquq müdafiəçisi Əliməmməd Nuriyevə aşağıdakı sualla müraciər edib:

\”Sonuncu dəfə Əfv Məsələləri Komissiyasının iclası nə vaxt olub? Konkret olaraq Sizə neçə məhbusla bağlı müraciət və ya xahiş daxil olub?\”

Komissiyanın üzvü sualımıza cavabında bunları bildirib:

\”Sonuncu dəfə Komissiyanin mənim iştirak etdiyim iclası 11 martda olub. Mənə edilən müraciətlərin təxmini sayı 20-25 olub. Hər bir iclas barədə Əsasnaməyə görə 3 gün əvvəl məlumat verirlər. Iclasın vaxtını Komissiyanin sədri müəyyən edir. Iclası isə katiblik hazırlayır. Komissiyaya hər il ortalama olaraq 1500 – 2000 müraciət daxil olur. Onların bir qismi qanunvericiliyin tələblərinə uyğun müddətlərə riayət edilərək verilmədiyindən baxılmadan saxlanılır. Digərlərinə isə baxılır. Komissiyanın katibliyi daimi işləyir. Bu günə kimi 61 əfv sərəncamı imzalanıb və təxminən 7 min məhkum cəzadan azad edilib\”.

İnterpress.az