O illərdə də Osmanlı İmperatorluğunun sərhədləri Avropanın içərilərinə doğru uzanaraq düz Fransa sərhədlərinə kimi gedib çatmışdı. Tansın Fransada oynanıldığını eşidən Sultan Süleyman hirslənərək Fransa kralı Fransuaya hədə dolu bir məktub göndərir.
Necdet Bayraktaroğlunun araşdırmalarından əldə etdiyimiz həmin məktubu təqdim edirik:
“Mən qırx səkkiz krallığın xaqanı Sultan Süleyman Xanam. Səfirimdən aldığım xəbərə görə, məmləkətinizdə rəqs adı altında qadın-kişi bir-birinə sarılaraq, hər kəsin gözü önündə faydasız işlərlə məşğul olur. …Bu biabırçılıq ölkəmə keçməmiş məktubu alan kimi buna dərhal son verməyini tələb edirəm. Əgər buna əməl olunmasa, şəxsən ordumla gəlib, buna son qoyacam.”
Sultan Süleymanın bu məktubundan sonra Fransada bu rəqs növü yüz il qadağan edilir. (publika.az)
İnterpress.az