“Qara Məxmər” şokoladlı mussbackend

“Qara Məxmər” şokoladlı muss

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
2 st. un
3 ədəd yumurta
1 st. şəkər tozu
10 qr vanil
10 qr qabartma tozu

Dekor üçün:
Nanə yarpağı
Şokoladlı sirop

Muss üçün:
4 ədəd yumurta
120 qr şokolad
1 st. qaymaq (yağlı)
¼ st. şəkər tozu
¼ ç.q. duz

Hazırlanması:
Ələnmiş un, qabartma tozu və vanil qarışdırılır.Yumurtanın üzərinə şəkər tozu əlavə edilib mikserlə çalınır.Üzərinə unlu qarışıq əlavə olunub taxta qaşıqla qarışdırılır. Xəmir yağlı kağız salınmış formaya tökülüb 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

Muss üçün:
Şokolad və qaymaq istiyədavamlı kasaya əlavə edilir. Qazanda su qaynadılır, üstünə kasa yerləşdirilir (kasa qaynayan suya dəyməməlidir). Kasadakı ərzaqlar qarışdırılaraq əridilir. Üzərinə şəkər tozu əlavə olunub əriyənədək qarışdırılır. Kasa odun üzərindən götürülür. Qarışığa bir-bir yumurta sarısı əlavə edilib çırpma teliylə qarışdırılır (mikserlə deyil).
Alınan qarışıq kənara qoyulur.
Ayrı qabda yumurta ağları və bir çimdik duz mikserlə bərkiyənəcən çırpılır.
Yumurta ağları beze şəklinə salınır.
Şokoladlı kütlə qaşıq-qaşıq bezenin üzərinə əlavə olunub, ehmallıca qarışdırılır.
İki hissəyə bölünmüş biskvitin üzərinə bolluca muss yayılır.
Diğər biskvit hissəsi ilə bağlanır.
Üzərinə bolluca muss yayılıb, şokoladlı siropla bəzədilir.
Şokoladlı muss 2-3 saat soyuducuda saxlanır, üzərinə nanə yarpağı qoyulub servis edilir.

İnterpress.az