Balqabaqlı, zirincli plovbackend

Balqabaqlı, zirincli plov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
250 qr quzu əti (sümüksüz)
1 ədəd bütöv balqabaq
150 qr balqabaq
200 qr kərə yağı
150 qr şabalıd
80 qr zirinc
2 st. düyü
Duz

Hazırlanması:
Balğabağın baş hissəsi qapaq şəklində kəsilib, içi təmizlənir.
Balqabaq folqaya bükülür.
Formaya qoyulub (formaya bir qədər su tökülür) 180 dərəcəyədək qızdırılmış sobada 40 dəqiqə bişirilir.
Düyü qaynayan duzlu suda bişirilib süzülür.
Quzu əti dördkünc doğranıb suda bişirilir.
Şabalıd duzlu suda bişirilir, təmizlənib yağda qızardılır.
Şabalıdın üzərinə kubvarı doğranmış balqabaq əlavə edilib qovrulur.
Şabalıdlı qarışığa zirinc, bişmiş ət, süzülmüş düyü qatılır, duz səpilib qarışdırılır.
Qarışıq balqabağın içərisinə doldurulub, üstünə əridilmiş kərə yağı gəzdirilir.
Balqabaqlı plov təkrar sobaya yerləşdirilib (formaya bir qədər su tökülür) 30 dəqiqə bişirilir.

İnterpress.az