Gömrük rüsumları artdı – QƏRAR №367backend

Gömrük rüsumları artdı – QƏRAR №367

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 367
Bakı şəhəri, 23 sentyabr 2016-cı il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12, II kitab, maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli 290 nömrəli və 16 avqust tarixli 308 nömrəli qərarları) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.