Siyəzəndə maşın aşıb, 3 nəfər xəsarət alıbbackend

Siyəzəndə maşın aşıb, 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur. Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az