Məscidin önünə donuz başları asdılarbackend

Məscidin önünə donuz başları asdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Brandenburg əyalətinin Potsdam şəhərindəki Əl-Faruk Məscidinin önünə naməlum şəxslər tərəfindən bir necə ədəd donuz başı asılıb.
İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Potsdam polisinin verdiyi açıqlamada, məscidin yaxınlığında yaşayan bir qadın, giriş qapısının qarşısında bir necə asılmış vəziyyətdə donuz başı görüb və polisə xəbər verib. Hadisə yerində araşdırma aparan polis, “inancı və dini cəmiyyətləri təhqir etmək”adı altında istintaq işinə başlayıb. Potsdam Bələdiyyə sədri Jann Jakobs hadisəni qınayaraq: \”Potsdamda bu cür hərəkətlər heç vaxt baş verməyib. Bu provokasiyadır” deyə bildirib.
Yeri gəlmişkən Brandenburg əyalətində Faruk Məscidinin tək məscid olduğu müəyyən edilib.

İnterpress.az