Əcnəbi fotoqraf Azərbaycan qadınından yazdıbackend

Əcnəbi fotoqraf Azərbaycan qadınından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 50–dən artıq ölkədə müxtəlif qadınların şəkillərini çəkib öz səhifəsində paylaşan məşhur Rumuniyalı qadın fotoqraf Mixaila Norak Bakı səfəri zamanı Bulvarda azərbaycanlı qızı Fidanın şəklini çəkərək səhifəsində paylaşıb.

900.000 ə yaxın izləyicisi olan “Gözəllik Atlası” adlı səhifədə paylaşılan həmyerlimizin şəkli böyük maraqla qarşılanıb. İndiyədək fotoqrafın şəklini çəkdiyi qadınlar arasında 50.000-ə yaxın izləyici tərəfindən bəyənilən yeganə şəkil məhz həmyerlimizə aitdir.

Şərh yazan izləyicilər Fidanın təbii gözəlliyini qeyd edib və kolleksiyada olan qadın şəkillərinin arasında ən gözəli adlandırıblar.

Tanınmış fotoqraf çəkdiyi şəklə şərh yazarkən bunları deyib: “Mən bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda oldum. Çox gözəl xanımlarla tanış olmaq imkanım yarandı. Anladım ki, gender bərabərliyi anlayışı Azərbaycanda yalnız sözdədir. Kişilərin dominant olduğu Azərbaycanda qadınlar kişilərdən icazəsiz səkil çəkdirmirlər. Əslində çox gözəl qadınlarla qarşılaşdım, amma şəklini çəkmək istədiyim bir çox qadınlar öz ərlərindən icazə alırdılar. İcazə verilməyən qadınlar şəkil çəkdirməkdən imtina edirdilər. Yalnız fotosunu çəkə bildiyim azərbaycanlı qızı Fidandan başqa… Bu qız çox cəsarətli idi. Yaxınlaşıb şəklini çəkmək istədiyimi deyəndə böyük anlayışla icazə verdi. Və bu gün hamı bu qızdan danışır”.

Qeyd edək ki, fotoqraf sosial şəbəkədə müxtəlif ölkələrin qadınlarının şəklini çəkib paylaşır. Bu xanımlar arasında azərbaycanlı qızı Fidanın gözəlliyi hamını valeh edib və onu çox bəyəniblər. Bu şəkil sosial şəbəkədə izləmə rekordunu qırıb.

Əcnəbi fotoqraf Azərbaycan qadınından yazdı

Əcnəbi fotoqraf Azərbaycan qadınından yazdı

İnterpress.az