Bu gün mərasimdə dünyanın ən nüfuzlu mükafatının fiziologiya və tibb üzrə laureatları müəyyən ediləcək.
“Thomson Reuters” Agentliyi mükafata əsas namizəd kimi imun cavabı mexanizmini anlaya bilən ABŞ-dan Ceyms Ellison, Ceffri Blyustounu və Kreyq Tompsonu görür.
Mükafatı hüceyrə ölümünün təbiətini müəyyənləşdirən ABŞ-dan Qordon Frimen, Arlin Şarp və Yaponiyadan olan Tasuku Hondzenin də alma şansı böyükdür.
Nobel komitəsinin fizika üzrə qərarı oktyabrın 4-də, kimya üzrə oktyabrın 5-də, ədəbiyyat üzrə isə oktyabrın 13-də məlum olacaq.
Sülh mükafatı oktyabrın 7-də Osloda təqdim ediləcək, İsveçin dövlət bankı iqtisadiyyat üzrə mükafatın təqdimatını oktyabrın 10-da elan edəcək.
İnterpress.az