O, Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.
Xatırladaq ki, DSNX-nın rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır.
DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.
Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib.
Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib. ( report.az )
İnterpress.az