Keşmişin dadı – Nağıl tortubackend

Keşmişin dadı – Nağıl tortu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
Un – 120 qr
Şəkər tozu – ümumi 410 qr
Yumurta – 4 ədəd
Su – 115 ml
Konyak (ümumi) – 2 x.q.
Kərə yağı – 200 qr
Yumurta sarısı – 2 ədəd
Süd – 125 ml
Rəngli çukatlar – 50 qr
Vanilin – 1 x.q.
Kakao – 2 ç.q.

Hazırlanması:

Biskvit üçün: yumurtanın sarısı ayrılıb 60 qr. şəkər tozu ilə ağarana kimi, ağlar isə ayrıca 70 qr. şəkər tozu ilə köpüklənə mikserlə çırpılır.
Yumurtanın ağı və sarısı qarışdırılır, üzərinə ələnmiş un tədricən əlavə olunub qarışdırılır.
Biskvit yağlanmış, folqa salınmış dərin, düzbucaq formaya tökülüb, 180 dərəcədə 30 dəqiqə bişirilir.
Biskvitin künclərindən birqədər kəsilib blenderdən keçirilir.

Biskviti islatmaq üçün sirop:
100 qr. şəkər tozu 115 ml. isti suda əriyənə kimi qarışdırılır. Üzərinə 1 çay qaşığı konyak əlavə edib, soyudulur.

Kremin hazırlanması:
2 yumurta sarısı 125 ml. südlə həll olunur, üzərinə 185 qr. şəkər tozu əlavə olunur. Zəif odun üzərində dayanmadan qarışdırılaraq qaynadılır. Sirop qaynayan kimi 6-7 dəqiqə bişirilir. Qarışıq ayrıca qaba süzülüb, soyudulur.
Kərə yağı və vanil 5 dəqiqə çalınır. Yağ ağarmalı və qabarmalıdır. Üzərinə sirop, konyak əlavə edilib, təkrar çalınır.
Krem 2 hissəyə bölünür. Yarısına kakao tozu əlavə olunub çalınır. Bu krem üst dekor üçündür. Qalan ağ krem isə biskvitə yayılmaq üçün. Ağ kremdən 2 xörək qaşığı ayırıb, qida rəngi ilə rənglənir: birini yaşıl, digərini qırmızı rəng.
Biskviti 3 hissəyə bölünür, hər lay siropla isladılır.
Daha sonra zərinə ağ kremdən çəkilib, laylar yerləşdirilir.
Kənarlarına kakaolu krem çəkilib, üzərinə və kənarlara biskvit ovuntusu səpilir.
Sonda tortun üstü bəzədilir.

Keşmişin dadı - Nağıl tortu

İnterpress.az