Polis Akif Nağını saxladıbackend

Polis Akif Nağını saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, onları erməni müğənni Filip Kirkorovun (Kirkoryan) konsertinə etiraz etməkdə ittiham ediblər.

Polis bölməsində QAT üzvləri Nəsib Cəfərov, Cəfər Həşimov, Kəmalə Əliyeva, Paşa Dadaşov, Elşad Əliyev, Murad Məhərrəmli, Bəhlul Heybətov, Mahir Rzayev və Ömər Ömərovdan təkrar uzahat alıblar, sonra onları cəza vermək üçün Səbayil rayon məhkəməsinə göndəriblər. Məhkəmə hələ ki onların işinə baxmayıb.

QAT sədri Akif Nağını Bakı Baş Polis İdarəsinə aparıblar. Onu İdarənən rəis müavini Səhlab Bağırov qəbul edib, orada həmçinin Milli Təhlükəsizlik Xidmətinin və Bakı şəhər prokurorluğunun nümayəndələri iştirak ediblər.

Onlar jurnalist Eynulla Fətullayevlə bağlı, onun erməni jurnalistini işə götürməsi və ermənilərə xidmət etməsi ilə bağlı QAT-ın açıqlamaslından narahat olduqlarını bildiriblər. Akif Nağı 2 saat polis idarəsində saxlandıqdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb. (modern.az)

İnterpress.az