Hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də qeydə alınıb. 1958-ci il təvəllüdlü Xudaverdi Musayev intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.
Respublika Yanıq Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Xudaverdi Musayevin vəziyyət ağırdır:
“Xəstənin bədəninin 60%-i yanıb. Çox ağırdır. Hazırda reanimasiyadadır.”
Mərkəzdən Xudaverdi Musayevin yaşayıb-yaşamaması ilə bağlı hər hansı fikir bildirməyin çətin olduğunu dedilər.
İnterpress.az