İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ölkənin cənub qərbində yerləşən Tarın rayonu icra hakimiyyəti, quş qripinin sürətlə yayıldığını bildirib.
Tarn bölgəsində təxminən 7 min ördəyin tələf edildiyini, 4 min 500 ördəyin də xəstəlikdən öldüyü bildirilib.
Nazirlik, fermada olan digər heyvanların da tədbir məqsədli məhf ediləcəyini, ferma ətrafında üç kilometr miqyasında qoruma və 10 kilometr miqyasında da müşahidə qərara alındığını xəbər verib.
Xatırladaq ki, Avropa Birliyinin ən böyük qanadlı heyvan istehsalçısı olan Fransanın cənub-qərb bölgəsində keçən il baş verən epidemiya səbəbilə qanadlı heyvan ixracında problemlər yaşanmışdı.
İnterpress.az