İnterpress.az xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda həyata keçirilən terror hücumundan sonra sosial media hesabından “Yaxşı olub” mesajı bölüşən HDP-li Berfin Kadem avtovağzalda polis tərəfindən saxlanılıb.
Polisləri hədəf alan xain hücuma sevinən Berfin Kadem adlı twitter istifadəçisi, “çevik polisə qarşı olub, yaxşı olub sizə ” şəklində status yazmışdı.
Sosial mediadan gələn böyük reaksiyalardan sonra əvvəl tvitini silən Berfin Kadem daha sonra, twitter hesabını bağlamışdı.
İstanbulda yaşayan Berfin Kademin bu gün şəhərdən qaçmaq istəyərkən avtovağzalda həbs olunduğu qeyd olunur.(azvision)
İnterpress.az