14 yaşlı qıza təcavüz edən azərbaycanlı azad edildibackend

14 yaşlı qıza təcavüz edən azərbaycanlı azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “A24.az”ın əldə etdiyi məlumata görə, Almaniyadan təyyarə ilə Antaliyaya gələrkən yanında oturan 14 yaşlı qız uşağına təcavüz etdiyi iddiası ilə mühakimə olunan 24 yaşlı Azərbaycan vətəndaşı Orxan M., bəraət qazanıb.

Qeyd edək ki, hadisə, ötən il oktyabrın 23-də Almaniyanın Frankfurt şəhərindən Türkiyə vaxtı ilə saat 14:20 radələrində havaya qalxan təyyarədə meydana gəlib. Antalyada yaşayan nənəsini ziyarət etmək üçün təkbaşına yola çıxan M.D. oturduğu yerdən qalxıb təyyarənin quyruq qismindəki kişi kabinəsində xidmət edən işçinin yanına gedib. M.D. kabin işçisinə yanındakı 13D nömrəli oturacaqda oturan şəxsin ona əli ilə təcavüz edərək dodaqlarından öpdüyünü iddia edib.

Bunu eşidən kabinə işçisi azərbaycanlı sərnişin Orxan M.-ə iddiaların düzgün olub-olmadığını soruşub. Orxan M. isə təcavüz iddialarını qəbul etməyib. Daha sonra təyyarədəki təcavüz iddiası pilota da bildirilib. Pilot təyyarə havada ikən Antalya ilə təmasa keçib və polisə məlumat verib. Xəbəri alan polis təyyarə Antalya hava limanına enər-enməz Orxan M.-i nəzarət altına alıb.

İnterpress.az