Əhməd Eşçi müxbirlərə ayaqlarındakı xəsarət izlərini nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, Əfqanıstanın Cauzcan əyalətinin sabiq qubernatoru vitse-prezident, general Əbdül Rəşid Dostum tərəfindən oğurlandığını və cinsi təcavüzə məruz qaldığını bidlirir.
Əhməd Eşçi beş gün iradəsi əleyhinə generalın iqamətgahında saxlanıldığını bildirir.
İddia olunur ki, bu müddət ərzində o, vitse-prezident və daha on nəfər tərəfindən cinsi səciyyəli hərəkətlərə məruz qalıb.
Hadisəyə aidiyyəti olmadığını deyən general Dostum ittihamları təxribat adlandırır.
Onun sözlərinə görə qarışıqlıqların təşkilində şübhəli olan Əhməd Eşçini onun mühafizəçiləri yox, kəşfiyyat xidmətinin əməkdaşları saxlayıblar.
ABŞ və Avropa İttifaqı iddiaların araşdırılmasına çağırıblar.
Əfqanıstan hakimiyyəti hadisə ilə bağlı ətraflı təhqiqatın keçiriləcəyini vəd edib. (bbc)
İnterpress.az