Faktiki hava şəraiti: Gədəbəyə 22 sm qar yağıbbackend

Faktiki hava şəraiti: Gədəbəyə 22 sm qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Departamentdən İnterpress.az-a bildirilib ki, dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında 1-18, Naxçıvan MR-da 1-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 sm olub.

İnterpress.az