Xilasetmə işləri çətinləşir – Qasırğabackend

Xilasetmə işləri çətinləşir – Qasırğa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a \”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.

Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin \”Lənkəran”, \”Vadim Seyidov” \”Gültəkin Əsgərova”, \”Aura”, \”Qaradağ-8”, \”Qaradağ-4”, \”Ramiz Hacıyev”, \”Avior”, AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan \”Vixr-5” və \”Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.

Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının \”Xudafərin”, AXDG-BUE Caspian Alyansının \”Caspian Pride” və \”Caspian Provider” gəmiləri də cəlb olunub.

Hadisə ilə əlaqədar \”AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək \”Azneft\” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan \”APA-Economics\”ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və \”Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

İnterpress.az