Azərbaycanın sorğusu əsasında məşhur bloqer saxlanıldıbackend

Azərbaycanın sorğusu əsasında məşhur bloqer saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə bloqerin “Facebook” səhifəsində bildirilir.

Lapşin qeyd edib ki, o, Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb.

“Sputnik Belarus” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, bloqerin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb bloqerin Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün bloqeri beynəlxalq axtarışa verib.

İnterpress.az