İnterpress.az BBC-yə istinadən xəbər verir ki, bu Almaniyadan xaricə göndərilən ilk miqrant qrupudur.
Oktyabr ayında Əfqanıstanla Almaniya sığınacaq ərizələri təmin edilməyən miqrantların qaytarılması barədə razılaşma imzalayıblar.
Deportasiya əleyhdarları deyirlər ki, əfqanlara vətənlərində təhlükə mövcuddur.
2015-ci ildə Almaniyaya yarım milyon miqrant daxil olub.
Onların əksər hissəsi Suriya, İraq və Əfqanıstan vətəndaşlarıdır.
Almaniya Daxili İşlər Nazirliyi ölkədə 250 min əfqan mənşəli miqrantın olduğunu bildirir.
Ötən ay hakimiyyət 12 min miqrantın ölkədən deportasiya olunacağı ilə bağlı planlarını açıqlamışdı.
İnterpress.az