İnterpress.az xəbər verir ki, xalq artisti hansısa toy məclislərinin birinə əlil arabası ilə qatılıb. Fotolardan xanəndənin tamamilə tanımaz vəziyyətə düşdüyü diqqət çəkib. Sosial şəbəkələrdə çoxsaylı izləyicilər ustad xanəndənin səhhəti ilə bağlı düşdüyü bu vəziyyətinə təəssüflənib, ona Allahdan şəfa diləyiblər.
Xatırladaq ki, xalq artisti Ağaxan Abdullayev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Xanəndə mütəmadi olaraq Türkiyədə müalicə alır. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
İnterpress.az[b][/b]