“Oğlumun meyitini tapana kimi Allahdan ömür istəyirəm”backend

“Oğlumun meyitini tapana kimi Allahdan ömür istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a Hacıqabul rayonunun Atbulaq kəndinin icra nümayəndəsi Pərviz Dadaşov bildirib. Onun sözlərinə görə, 5 il bundan əvvəl avtomobil qəzası zamanı Qorxmaz Rüstəmov bütün ailə üzvlərini itirib:

“Toya getmişdilər. Qayıdanda qəzaya düşdülər. Həmin qəzada onun 14 yaxını olub. Onların 3-ü Qorxmazın bacısı, qardaşı və bacısı oğlu olub. İsbat kişi özü də həyat yoldaşından ayrılıb. Qoca ata-anası ilə birlikdə yaşayır. Anası heç kəsi tanımır, iflic olub, yataq xəstəsidir, atası da xəstə adamdır.”

Pərviz Dadaşov İsbat Rüstəmovun kənd sakinləri tərəfindən Bakıya aparıldığını vurğulayıb: “İsbat kişi 2 gündir ki, Bakıdadır. O, oğlunun faciəsinə dözə bilmədi. Kənd sakinləri toplaşıb onu şəhərə apardı. Gedərkən səhhəti yaxşı deyildi. Dedi ki, “mənim üçün həyat bitdi, daha yaşaya bilmərəm. Bizi yaşadan Qorxmaz idi, onunla təsəlli alırdıq. Bu da həyatın sonu. Öğlumun meyitini tapana kimi Allahdan ömür istəyirəm.”

“Azneft” İctimai Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butkanın dənizə aşıb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Onlardan biri Hacıqabul rayonunun Atbulaq kənd sakini Qorxmaz Rüstəmovdur.

İnterpress.az