Zorlandığını deməklə məşhurlaşana yeni vəzifəbackend

Zorlandığını deməklə məşhurlaşana yeni vəzifə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BakiPost.az-a daxil olan məlumata görə, L. Babayeva Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən nüfuzlu məktəblərdən birində – İftixar Tağıyev adına 26№-li tam orta məktəbdə işə başlayıb.

Əldə etdiyimiz digər məlumatlarda deyilir ki, məktəbin kollektivi onun bura təyinat almasına etiraz edib. Müəllim və digər işçilər ərizə yazaraq narazılıqlarını ifadə ediblər, lakin ərizələri geri qaytarılıb.
Məktəbdən L. Babayevanın işə düzəldiyi faktını saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, bir müddət öncə 230 nömrəli məktəbin direktoru Elşən Qafarov və müavini Ləman Babayeva zorlanma iddiası ilə mətbuatın gündəminə gəlmişdi. Belə ki, xanım müavin direktor E. Qafarov tərəfindən zorlandığını bildirirdi. Lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
Mətbuatda yayılan məlumatlarda L. Babayevanın erməni əsilli olduğu da vurğulanırdı.

Daha sonra isə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Elşən Qafarov və Ləman Babayeva işdən qovulmuşdu.

İnterpress.az

Zorlandığını deməklə məşhurlaşana yeni vəzifə

Zorlandığını deməklə məşhurlaşana yeni vəzifə

Zorlandığını deməklə məşhurlaşana yeni vəzifə

İnterpress.az