İnterpress.az xəbər verir ki, millət vəkili parlamentin bugünkü iclaısnda çıxışı zamanı qeyd edib ki, dünən Xəzər dənizində neftçilər itkin düşüb:
“Bu bir il ərzində ikinci belə ağır faciədir. Biz qonşuluğumuzda mühüm dövlətlərlə əhatə olunmuşuq.
Ola bilər, estakadalar zədələnir. Kiçik bir külək olanda da aşsınlar, orada hər hansı qəzalar baş versin. Burada təxribatlar da ola bilər. Kimlərsə məsuliyyətsizliyə yol veribsə tapılıb cəzalandırılmalıdır. Xarici təxribat varsa, aşkar edilməlidir. Ya parlament bununla bağlı komissiya yaratmalıdır və ya da baş prokurorluğa müraciət etməlidir”.
İnterpress.az