İnterpress.az-ın məlumatına görə, 21 yaşlı Fəqan Fərzəliyev və Pərvin adlı gənc qız məktəb illərindən bir-birlərini sevirlər. Keçən il hadisə baş verdikdən sonra tərəflərin qohumları arasında mübahisələr yaransa da, bu gün sevgililər paytaxtın şadlıq evlərindən birində ailə qururlar.
Xatırladaq ki, sevgililər Nəsimi rayonun Ağadadaş Qurbanov küçəsində yerləşən 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olmuşdular. Elektrik cərəyanın vurması nəticəsində onlar bir müddət reanimasiyada yatıblar. F.Fərzəliyevin bir qolu amputasiya edilmişdi.
Bu gün onların toyu olacaq. Mərasim Bakıda – \”Fərid Palace\”də baş tutacaq. Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçiriləcək. Hətta dostların cütlük üçün kiyarə ev tutduğu da deyilir.
İnterpress.az