Putin Ərdoğana başsağlığı verdibackend

Putin Ərdoğana başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

V.Putin bildirib ki, Moskva terrorizmlə mübarizədə Ankara ilə əmədaşlığı gücləndirməyə hazırıdır.

\”Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verirəm. Əminəm ki, bu cinayət əməlinə cavab olaraq ekstremist qruplaşmalarla daha qətiyyətli mübarizə aparılacaq. Öz növbəsində Rusiya terrorizmlə mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməyə hazırdır\”, – Kremlin saytında dərc olunmuş teleqramda deyilir.

Putin Ərdoğandan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı sözlərini, yaralananlara şəfa diləklirini çatdırmağı xahiş edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvəllərinin Baş Qərargahı hərbçilərə qarşı yönəlmiş terror aktının törədilməsi barədə xəbər verib. hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55 nəfər yaralanıb. ( report.az )

İnterpress.az