Rusiyanın Yakutiya vilayətində İL-18 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər ağır yaralanıb.
Təyyarənin göyərtəsində olan bütün sərnişinlər və ekipaj üzvü sağdırlar. 16 nəfər ağır yaralanıb. Yaralılar helikopterlərlə xəstəxanalara aparılıb. Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, İL-18 təyyarəsində 32 nəfər sənişin və ekipaj üzvü olub.
Yakutiya xəstəxanasından “İnterfax”-a verilən məlumata görə, xəstəxanaya 20 nəfər gətirilib, onlardan 6 nəfərinin vəziyyəti ağırdır.
***
Hadisə bu gün səhər saatlarında Yakutidə qeydə alınıb. Təyyarənin göyərtəsində təxminən 32 sərnişin və 7 heyət üzvü olub.
Güc strukturlarından verilən ilkin məlumata əsasən, qəzaya uğrayan təyyarədə yalnız 4 nəfər sağ qalıb.
Təyyarədə əvəzetmə üçün zabitlər uçublar.
Hadisə yerinə təcili tibbi yardım maşınları, xilasedicilər cəlb olunub. Hazırda zərər çəkmişlərin təxliyyəsi aparılır. ( aznews.az )
İnterpress.az