İnterpress.az xəbər verir ki, yerli medianın məlumatına görə, sonradan bəlli olub ki, avtomobilin içindəki sadəcə maneken imiş.
Hudson şəhərində cümə günü səhəri bir nəfər polisə zəng edərək bir avtomobil parkında saxlanılmış maşında bir qadının \”ölümcül hərəkətsiz\” olduğunu söyləyib.
Polislər hadisə yerinə gələrək avtomobildə əyləşmiş oksigen maskası taxmış hərəkətsiz \”qadın\” görüb.
Maneken sahibi manekendən tibbi təlimdə istifadə etdiyini bildirib.
Polis avtomobilin üstünün qarla örtüldüyünü görərək qadının -13 dərəcə olan gecəni orada keçirdiyini güman edib.
Polisin sözlərinə görə, manekenin geyimi, eynəyi, ayaqqabıları, dişləri və üzdəki səpkiləri çox real görünürdü.
Bu hadisədən sonra polis maneken sahiblərinə ümumi mesaj göndərib:
\”Hudson sakinlərinə bilməlidirlər ki, 0-dan aşağı temperaturlu gecədə içərisində real insana bənzəyən maneken oturmuş avtomobilinizi küçədə saxlasanız…pəncərənizi sındıracağıq.\”
İnterpress.az