Bunu İnterpress.az -a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib.
Digər daşıyıcıya məxsus avtobusun yoldan sərnişin götürmək üçün \”BakuBusa\’ məxsus avtobusun qarşısında ani olaraq dayanmış və qəza hadisəsinin qarşısını almaq üçün sürücü ani reaksiya ilə əyləci basmaq məcburiyyətində qalıb:”Bəli həmin an avtobusun salonunda dayanmış, tutacaqlardan tutmayan sərnişinlərdən bəziləri öz müvazinətlərini itirib, ancaq xoşbəxtlikdən yıxılan və zədə alan olmayıb. O ki, qaldı avtobusda yaranan problemlə bağlı məlumata, avtobusa baxış keçirən mütəxəssislərin avtobusda heç bir texniki problemin olmadığını, qapıların gec açılmasını isə, avtobusun qəfil dayanması və qapıların açılması prosedurunun ardıcıl yerinə yetirilməməsi səbəbindən, qapının mexaniki, yəni əllə açılması həyata keçirilib. Qeyd olunduğu kimi avtobusda və ya onun elektron sistemində hər hansı problemdən söhbət gedə bilməz. Qeyd edim ki, avtobuslarımızda hər hansı xırda texniki problem aşkar olunduqda həmin avtobus ümumiyyətlə xəttə buraxılmır”,- deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az