İnterpress.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, rayon rəhbəri Əhəd Abıyev iş yerlərinin açılması və sahibkarlığın inkişafı üçün heç bir addım atmır.
Prezident investorların cəlb olunmasını icra başçıları qarşısında tapşırıq kimi qoysa da, Ə.Abıyev ölkə rəhbərinin göstərişinə \”əşi” etməklə yola verib.
Daşkəsəndə iş yerləri bağlanır, müəssisələrdə ixtisarlar gedir, əhali kütləvi şəkildə rayonu tərk etməyə başlayır. Sakinlər qeyd edirlər ki, icra başçısı bu postda olduğu dövrdə verdiyi vədlərə əməl etməyib.
O, nə camaatın problemləri ilə maraqlanır, nə kəndlərdə yaşayanların dərd-sərini dinləyir, nə də işsizliklə bağlı tədbir görür. Daşkəsəndə işıq və qaz pulunun artmasından sonra vəziyyət bir qədər də ağırlaşıb.
Çünki ucqar dağ rayonu olan və payızdan yaza qədər qarlı hava şəraiti olan Daşkəsəndə elektrik enerjisi və qaz başqa bölgələrlə müqayisədə daha çox istifadə olunur.
Ona görə də Tarif Şurasının qərarı daşkəsənlilərin nəfəsini kəsib. Bir yandan işsizlik, bir yandan bahalaşma rayonda ciddi sosial gərginlik yaradıb.
Yerli camaatın fikri budur ki, qiymət artımına gediləndə ucqar bölgələrin, sərt iqlimi olan yerlərin əhalisi nəzərə alınmalıydı.
İndi ikiqat işıq və qaz pulu ödəməyə məhkum olunan camaat nə edəcəyini də bilmir. Onsuz da yoxsullaşan və ərzaq almağa imkan edə bilməyən kasıb daşkəsənlilər olduqca qəzəblidir. Onlar deyirlər ki, poçtla Bakıya göndərilən şikayət məktubları da çatmır və onların səsi eşidilmir.
Ə.Abıyev onun barəsində və ümumiyyətlə rayonda məmur özbaşınalığından bəhs edilən şikayətləri yerindəcə məhv etdirir və məktublar yandırılır. Bu dəqiqə Daşkəsəndə sosial gərginlik hökm sürür.
Daşkəsən rayonunda polis icra hakimiyyəti binası qarşısında etiraz edən kişini döyüb. Bu görüntüləri criminal.az sosial şəbəkələrdən götürüb.
Videodan görünür ki, kişi icra hakimiyyətinin binası qarşısında aksiya edir. Üzünü icra hakimiyyətinə tərəf tutaraq \”Ya Məhəmməd, ya Əli, özün kömək ol mənə” deyərək qışqırır.
Onun qarşısını kəsən polislərə \’\’mən icranı istəyirəm\’\’ desə də onu icra hakimiyyətinin binasına tərəf yaxınlaşmağa qoymurlar.
Daha sonra həmin polislər ona qarşı zor tətbiq edir, zərbələr vururlar. Zərbələrdən qarın üzərinə yıxılan kişini yerdə də təpikləyirlər. Döyülən kişisə \’\’vurun, möhkəm vurun\’\’ deyərək haray qoparır. (politika.az)
İnterpress.azhttps://youtube.com/watch?v=1XkDX3XZu9I