İnterpress.az xəbər verir ki, \”Buşa son salam” adlı kitab türk dilində də nəşr olunub.
Muntazar el-Zeydinin müəllifi olduğu kitabda 2003-cü ildə ABŞ prezidenti Corc Buşa Bağdadda keçirilən mətbuat konfransı zamanı ayaqqabı atdıqdan sonra başına gələn hadisələr nəql olunur.
Muntazar el-Zeydi sözügedən kitabın satışından əldə olunacaq vəsaitin miqrantlara bağışlanacağını söyləyib.
Muntazar el-Zeydi ABŞ prezidentinə ayaqqabı atdığı üçün dəhşətli işgəncələrə məruz qaldığını kitabında qeyd edib.
Xatırladaq ki, Muntazar el-Zeydi 2003-cü ildə İraqda mühərrik texniki müəllimliyi ixtisası üzrə təhsil alan zaman ABŞ İraqın işğalını həyata keçirib. Həmin vaxtı El Zeydi də təhsilini yarımçıq qoyaraq jurnalist fəaliyyətinə başlayıb və 5 il ərzində xəbərlər departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlməyi bacarıb. (7News.az)
İnterpress.az