Həkim oğlu xəstəxanada özünü bıçaqladıbackend

Həkim oğlu xəstəxanada özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib.
Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır. (report)

İnterpress.az