Millimizin ilk oyunu Litvaya qarşı olacaqbackend

Millimizin ilk oyunu Litvaya qarşı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarışda iştirak edəcək Azərbaycan millisi ilk oyununu yanvarın 9-da keçirəcək.

C qrupunda yer alan 17 yaşadək futbolçulardan ibarət millimiz həmin gün Litva ilə üz-üzə gələcək. Komandamız iki gündən sonra Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız qrupdakı son sınağını isə yanvarın 13-də Slovakiyaya qarşı verəcək.

Azərbaycan millisi qrupu ilk iki pillədə tamamlasa, yanvarın 16-da 1/4 final oyununa çıxacaq. Turnirin yarımfinal görüşləri yanvarın 18-də, final matçı isə 21-də baş tutacaq.

C qrupunun təqvimi

9 yanvar
13:00. Litva – Azərbaycan
15:15. Slovakiya – Qazaxıstan

11 yanvar
13:00. Qazaxıstan – Azərbaycan
15:15. Slovakiya – Litva

13 yanvar
13:00. Litva – Qazaxıstan
15:15. Azərbaycan – Slovakiya

Qeyd: Başlama saatları Bakı vaxtı ilə göstərilib.

Interpress.az