“Nardaran işi”nin məhkəməsi davam etdirilibbackend

“Nardaran işi”nin məhkəməsi davam etdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Y. İmanov tərəfindən hal şahidləri ilə bağlı verilən vəsatətə münasibət bildirib. Vəsatət təmin edilməyib.

Vəkil Zibeydə Sadıqova Ş. Abduləliyevin sabah yas məclisində iştirakının təmin edilməsini və ona qardaşı ilə məhkəmədə görüş verilməsini istəyib. Bildirib ki, qardaşı ona dəstək olmaq istəyir. Lakin hakim deyib ki, qanunda buna icazə verilmədiyi üçün nəsə edə bilməz.

Vəkil Y. İmanov ekspertiza keçirən ekspertlərin dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Y. İmanovun növbəti vəsatəti isə Baş Prokurorluqla bağlı oldu. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses dekabrın 21-də davam etdiriəcək. ( apa )

İnterpress.az