YAP-dan səfirin qətlinə ilk reaksiyabackend

YAP-dan səfirin qətlinə ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu hakim Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın Mirzəzadə Andrey Karlovun güllələnərək qətlə yetirilməsinə münasibət bildirərkən deyib. Deputatın fikirlərini təqdim edirik:

“Artıq xeyli müddətdir Türkiyədə silsilə terror hadisləri törədən qüvvələr indi də yeni, daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar. Məhz Rusiya səfirinin öldürülməsi bir tərəfdən yeni-yeni normallaşan Türkiyə-Rusiya münasibətlərini pozmaq, digər tərəfdən isə Türkiyənin beynəlxalq birlikdə nüfuzuna zərbə vurmaq istəyindən xəbər verir.

Çox təəssüf ki, antiTürkiyə qüvvələri üçün artıq insanlıq anlayışı yoxdur, qardaş ölkəyə qarşı bütün çirkin oyunlar mümkün hesab edilir. Düşmən gözlənilməyən yerdən alçaq hücumlar həyata keçirir. Belə görünür ki, daha ağırlarını da gözləmək mümkündür.

İnanıram ki, Türkiyə bu çətin sınaqdan çıxacaq, onu əzmək istəyənlərin cavabını verə biləcəkdir”.

Qeyd edək ki, Andrey Karlov Ankarada sərgi salonunda güllələnib. Ağır yaralanan səfir xəstəxanada dünyasını dəyişib.

İnterpress.az