Mağaza yaranlar yaxalandıbackend

Mağaza yaranlar yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, vətəndaş Faiq İbrahimov Masazır qəsəbəsində ona məxsus ərzaq mağazasının qarət olunması barədə Abşeron rayon polis idarəsinə məlumat verib.

Zərərçəkmiş polis əməkdaşlarına bildirib ki, gecə saatlarında dükanına daxil olan naməlum şəxslər 800 manat dəyərində siqaret, 2 ədəd Viski və içərisində 38 manat olan kassa aparatını oğurlayıblar.

Abşeron rayon polis idarəsinin əməliyatçıları hadisəni törətməkdə şübhəli bilinən Masallı rayonu Yeddi oymaq kənd sakini İnşallah Allahşükür oğlu Musayev və Masazır qəsəbə sakini Cavidan Cavid oğlu Mahmudovu yaxalayıb.
İstintaqa ifadə verən Cavidan Masazırdakı avtoyuma məntəqələrindən birində yuyucu işləyən İnşallah tərəfindən yoldan çıxarıldığını deyib.

Cavidanın sözlərinə görə, İnşallah mağazaya daxil olan zaman o, pusquda durub. 26 yaşlı İnşallah Musayev isə Cavidanı yalan danışmaqda ittiham edib. Bildirib ki, Cavidanla avtoyuma məntəqəsində çalışan zaman tanış olub. Qazancının az olmasından gileylənəndə Cavidan ona oğurluq etməyi təklif edib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

İnterpress.az