İnterpress.az Sputnik-ə istinadən xəbər verir ki, Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb.
Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub.
Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər.
Ukraynanın Müdafiə Nazirliyi iddia edir ki, Debaltsevdəki rusiyayönümlü silahlı dəstələr ukraynalı əsgərləri 2 saat aralıqsız atəşə tutub. Donbass bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 6 aprel 2014-cü ildən indiyədək 10 mindən çox insan dünyasını dəyişib.
İnterpress.az