Səfiri öldürən Mert də vuruldu – FOTObackend

Səfiri öldürən Mert də vuruldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır. Mövlud Mert hadisədən dərhal sonra belə zərərsizləşdirilib.

Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra \”Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək\”,
\”Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq\” kimi mesajlar verib.

Sonxeber.az bildirir ki, Mövlud Mertin zərərsizləşdirilməsi xəbərindən sonra İnstagram sosial şəbəkəsində onun fotoları yayılıb. \”Daha bir ekstremist zərərsizləşdirib. Ona belə ağrılı əzab lazım idi?\” şərhi altında paylaşılan fotonu təqdim edirik:

İnterpress.az