Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
Bakıda intihar edən türk diplomatın qızının nəşi ötən gecə ölkəsinə yola salınıb.
APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.
15 yaşlı Şəvval Günlerin meyiti bu gün səhər saatlarında Türkiyəyə çatıb.
Agentliyin əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə yerdə onun cansız vəziyyətdə uzandığını görüb.
***
Hadisə rayonun Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb. ( apa )
İnterpress.az