İnterpress.az xəbər verir ki, bu barədə Politika.Az-ı məlumatlandıran qaynağın iddialarına görə, eks-nazir MTN generalına üstüörtülü fikirlərini çatdırıb.
E.Mahmudovun qısa mətndən ibarət şifrəli məktubunda A.Çovdarova hər şeyə görə təşəkkür etdiyi bildirilir.
Gizli kodlarla və şifrəli ifadələrlə yazılmış məktubda E.Mahmudovun A.Çovdarova indiki məqamda gözləməyi məsləhət gördüyü deyilir.
Onun üçün hələlik heç bir şey edə bilməyəcəyini yazan keçmiş MTN rəhbəri hazırkı situasiyaya uyğun davranmağı tövsiyə etdiyi iddia olunur.
Çovdarovun Mahmudova cavab məktubu yazıb-yazmadığı dəqiq bilinmir. Mənbə qeyd edir ki, general nə istintaqa ifadəsində, nə də məhkəmə çıxışlarında MTN rəhbəri əleyhinə danışıb.
“Akif Çovdarov bu günə qədər öz nazirinə qarşı heç bir söz deməyib və o, ümumiyyətlə Eldar Mahmudovu heç bir əməldə ittiham edən deyil”.
Bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov vəkili Kamandar Nəsibov deyib. Vəkil həbsdə olan general Akif Çovdarovun məhkəmə dövründə sabiq MTN naziri Eldar Mahmudovla bağlı hansısa açıqlama verib-verməyəcəyi və ya sabiq naziri şahid qismində məhkəməyə dəvət edib-etməyəcəyi barədə suala cavab verib.
K.Nəsibov bildirib ki, A.Çovdarovun bu günə qədər də öz nazirinə hörməti böyükdür və bu hörmət həmişə qalacaq: “Akif Çovdarovun Eldar Mahmudovun əleyhinə deyəsi heç bir məsələ yoxdur.
Akif Çovdarov deyir ki, əgər o, hansısa qanunsuzluq edibsə, bunun cavabını özü verəcək, yox, əgər onun boynuna hansısa cinayəti qoymaq istəyirlərsə, məhkəmədə buna da aydınlıq gətirəcək”.
İnterpress.az