İnterpress.az xəbər verir ki, M.Əhmədovun vəkili Samir Abdullayev Trend-ə açıqlamasında bildirib ki, veteran futbolçunun böyrəyində problem yarandığından o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
Xatırladaq ki, dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Əhmədov barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə prosesinə qatılmayıb. Bakıdakı özəl klinikalardan birindən məhkəməyə daxil olan arayışda göstərilib ki, M.Əhmədov səhhətindəki ciddi problemlərlə bağlı klinikaya yerləşdirilib və onun bu səbəbdən də məhkəmədə iştirakı mümkün deyil. Dekabrın 20-də M.Əhmədova hökm oxunmalı idi.
M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.
Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.
İnterpress.az