İnterpress.az xəbər verir ki, Çində bir qadın, yorğun olduğunu söyləyərək əlaqə təklifini rədd edən ərinin cinsi orqanını kəsib. Adı Liu olan 46 yaşlı çinli taksi sürücüsü gün boyu sükan arxasında qalıb yorğun evə gəlib. Taksi sürücüsünin arvadı Zhang, ərinin evlilik xarici əlaqə yaşadığını, buna görə də özü ilə birlikdə olma istəyinin qalmadığını iddia edərək Liuya qəzəblənib. Çinin Sichuan əyalətinin Deyang şəhərində yaşayan ər-arvad arasında dekabr ayının əvvəlindən etibarən gərginlik hədd mərhələyə çıxıb. 54 yaşlı qadın, ərini əlaqə istəyini qəbul etmədiyi halda cinsi orqanına zərər verməklə təhdid edib. Deyang şəhərindəki \”Second People\” xəstəxanasında müalicə altında olan Liu: —\”Arvadım mənə bu gecə əgər arzumu yerinə yetirməsən sən ölü bir adamsan, dedi. Lakin bir neçə gündür doğru düzgün yatmamışdım. Haradan enerji tapa bilərdim ki?\”—sözlərini dilə gətirib.
Ərinin əlaqə təklifini yenə rədd etməsindən sonra hirsə qapılan Zhang əlinə keçirdiyi sətiri Liunun cinsi orqanına sovuraraq adamın cinsiyyət üzvünü ikiyə ayırıb. Sətir zərbəsi ilə orqanı təxminən 4 santimetr qədər yarılan bəxtsiz adam həddindən artıq dərəcədə qan itirdiyini deyib. Arvadının:—\”Otur oturduğun yerdə, heç bir şey etmə\”—deməsinə baxmayaraq Liu polisi axtardı. Hadisədən sonra xəstəxanada müalicəyə götürülən ərini bir dəfə olsun ziyarət etməyən Zhang, müalicə xərclərini ödəməyi də qəbul etmədi. Liu ilə 2009-ci ildə evləndiklərii söyləyən Zhang, ərinin taksi sürücülüyündən çox pul qazandığını lakin son zamanlarda evə gələn pulun miqdarının azaldığını iddia edib. Qızğın qadın, qazancın azalmasını ərinin dörd beş dənə məşuqəsinə pul xərcləməsinə səbəb göstərib. Liu isə arvadının bu iddiasını rədd edir.
Yerli mətbuata danışan Zhang:—\”Liunun əlaqəsi var. Evə gəlmədiyi günlər də olur. Onun bir çox qadınla birlikdə olduğunu bilirəm. Başqa onu bu şəkildə günahlandırmazdım. Ərim mənə digər qadınlara etibar etməyəcəyini söyləyib, buna görə də məndən boşanmaq istəmir.\”—sözləri ilə özünü müdafiə edib. Polisin hadisə haqqında istintaq başlatdığı bildirilir. (moderator.az)
İnterpress.az